...

AZƏRBAYCANLI SAHİBKARLAR ŞİMALİ KİPR FERMERLƏR İTTİFAQINA BAŞ ÇƏKİBLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2005 14:18 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti Şimali Kipr Fermerlər İttifaqında olub. Bu barədə Trend agentliyi "Kibris Gazetesi"nə istinadən bildirib.

Söhbət zamanı Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişaf Departamentinin direktoru Əlihüseyn Şaliyev bildirib ki, "kənd təsərrüfatı və turizm Azərbaycan və ŞKTC arasında əlaqələrin inkişafı üçün əlverişli istiqamətlərdir".

Öz növbəsində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq xidmətinin rəhbəri İsmayıl Həsənov qeyd edib ki, yaxın gələcəkdə Azərbaycan tərəfi kiprli fermerlərlə sıx əlaqələr qurmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti