...

ƏVƏZ ƏLƏKBƏROV: 2006-CI İLDƏ AZƏRBAYCAN ÜDM-NİN ARTIMINA GÖRƏ DÜNYADA BİRİNCİ ÖLKƏ OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2005 18:10 (UTC +04:00)

2006-cı ildə Azərbaycan ÜDM-nin artımına görə dünyada birinci ölkə olacaq.Maliyyə naziri Əvəz Ələkbərov Trend agentliyinə bildirib ki, 2006-cı ildə ÜDM-nin artımı 30% təşkil edəcək ki, bu da dünyada anoloqu olmayan götəricidir.

Nazirin sözlərinə görə, həmin göstəricinin əldə olunması imkanı neft strategiyasının gerçəkləşdirilməsi, BTC boru kəmərinin istismara verilməsi ilə birbaşa bağlıdır.

Nazirin sözlərinə görə, 2006-cı ildə Azərbaycanda ÜDM-nin həcmi 70,5 trln.manat təşkil edəcək.Bununla ÜDM-nin adambaşına göstəricisi ÜDM-nin ümumi artım -30,5% - həcminin göstəricisi ilə praktiki olaraq eyni olacaq.

Nazirin sözlərinə görə, cari ilin ötən dövrünün yekunlarına əsasən, Azərbaycanda ÜDM-nin artımı 19% təşkil edir. Həmin göstəricinin ilin sonunda proqnozunun 18-19%-ə bərabər olmasına baxmayaraq onun real göstəricisi yəqin ki, 20%-i ötəcək.

2005-ci ilin yanvar-iyulunda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi 29352,3 mlrd. manat (yarım il ərzində orta mübadilə kursu 4818,2 AzM/USD olmaqla $6091,963 mln.) təşkil edib ki, bu da 2004-cü ilin yanvar-iyul ayında olan ÜDM-nin həcmi ilə müqayisədə 18,9% (22462,7 mlrd. manat) yüksəkdir.

2005-ci ilə ÜDM 14,1% artımla 47,8 trln. manat olaraq proqnozlaşdırılır və ÜDM-nin həcmi hələlik ilin proqnozunun 61,406%-ni təşkil edir, artım tempi isə 4,7% yüksəkdir. 2005-ci ilin 7 ayı ərzində adambaşına ÜDM 2004-cü ilin yanvar-iyulu ilə müqayisədə 17,7% artıma qarşı 3557,4 min manat ($738,3) təşkil edib.Bu ilin göstəricisi 5799,6 min manat ($1177,6) təşkil edir.

Ötən illər üzrə ÜDM:

İl

mlrd. AzM

mln. USD

Adambaşına

AzM

USD

1990

1,5

2443,3

207,8

346,3

1991

2,7

703,1

373,6

98,3

1992

24,1

1309,8

3318,6

180,4

1993

157,1

1326,9

21302

179,9

1994

1873,4

1629,3

250568,4

217,9

1995

10669

2415,2

1410329,3

319,3

1996

13663,2

3180,8

1787651,6

416,2

1997

15791,4

3960,9

2045968,7

513,2

1998

17203,1

4446,6

2207506,7

570,6

1999

18875,4

4583,6

2400595,2

583

2000

23590,5

5272,6

2975367,7

665

2001

26578

5707,8

3325908,5

714,3

2002

30312,3

6236,1

3764614,5

774,5

2003

35732.5

7276.3

4403754.0

896.7

2004

41872.5

8521.8

5114823.2

1041.0

Xəbər lenti

Xəbər lenti