...

GƏNCƏ AVTOMOBİL ZAVODU İLK REGİONAL NÜMAYƏNDƏLİYİNİ AÇIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2005 14:36 (UTC +04:00)

Sentyabrın 7-də Gəncə avtomobil zavodu ilk regional nümayəndəliyini açıb.Zavodun direktoru Xanlar Fətiyev eksklüziv olaraq Trend ə bildirib ki, nümayəndəlik Naxçıvan Muxtar Respublikasında (NMR) açılıb.

"Biz NMR-nin icraedici orqanlarına minnətdarıq ki, onun nümayəndələri bizim başladığımız işi dəstəklədilər.Yaxın zamanlarda Naxçıvanda avtomobil salonu açılacaq və Gəncə avtomobil zavodunun avtomobilləri, eləcə də servis mərkəzi təqdim ediləcək " -deyə X.Fətiyev qeyd edib.

Onun sözlərinə görə, hazırda "Oka" avtomobillərinin və Ural avtomobil zavodunun Gəncə avtomobil zavodunda istehsal edilən müxtəlif modifikasiya edilmiş avtomobillərinin çatdırılması məsələləri həll edilir.

Xəbər lenti

Xəbər lenti