...

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏ NAZİRLİYİ AĞDAŞDA ƏMƏK YARMARKASI KEÇİRƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2005 10:35 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Ağdaşda əmək yarmarkası keçirəcək. Nazirliyin Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, sonuncu dəfə belə tədbir sentyabrın 9-da Tovuz və Yevlaxda keçirilib.

İdarədə onu da qeyd ediblər ki, bu vaxta qədər 3500-dən artıq adam işlə təmin olunub. Onların 1500 nəfəri özəl müəssisələrdə çalışır.

Bütövlükdə, keçirilən yarmarkalarda 14 min iş yeri təqdim edən 1336 müəssisə və 20 500 nəfər iştirak edib.

Bu dövr ərzində 310 nəfər hazırlıq kurslarına, 500-dən artıq adam isə ictimai işlərə cəlb olunub.

İdarədən verilən xəbərə görə, cari və gələn ay analoji tədbirlər Xızı, Əli-Bayramlı, Sumqayıt, Mingəçevir və Gəncədə, oktyabrın 14-15-də isə Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti