...

BAKIDA BANK STANDARD-IN DAHA BİR FİLİALI AÇILIB BAKIDA BANK STANDARD-IN DAHA BİR FİLİALI AÇILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2005 20:39 (UTC +04:00)

Sentyabrın 21-də Bakıda ölkənin ən iri özəl bankı olan Bank Standard-ın yeni bir filialı fəaliyyətə başlayır. Trend bildirir ki, bu barədə Bank Standard-ın bu gün yayımlanan məlumatında deyilir.

Yeni filial Hüseyn Əliyev küçəsi 15 ünvanında yerləşir. Bank Standard-ın digər ofisləri kimi bu filial da həftədə 6 gün korporativ və fərdi müştərilərə xidmət edəcək.Həmin filial Bakının əhalisi sıx yaşayan rayonlarından birində müştəriləri müasir bank xidməti ilə təmin edəcək. "Əcəmi" filialı Bankın ölkədə səkkizinci, Bakıda isə beşinci filialıdır.

Sənəddə qeyd olunur ki, növbəti filialın açılması barədə qərar bankın filial şəbəkəsinin uğurlu fəaliyyətinin təbii nəticəsi kimi qiymətləndirilir.Belə ki, ötən illə müqayisədə cari ilin birinci yarısında Bank Standard-ın filiallarının xalis mənfəəti 36% artaraq 2,45 mlrd. manat təşkil edib.

"AR regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsində fəal mövqe tutmağa davam edən və hazırda Bakı, Gəncə, Lənkəran və Siyəzəndə fəaliyyət göstərən Bank Standard yaxın gələcəkdə respublikanın digər regionlarında da öz filiallarını açmağı planlaşdırır" -deyə bankın məlumatında qeyd olunur.

Xəbər lenti

Xəbər lenti