...

AN-140-100 təyyarəsinin "qara qutu"sundakı məlumatların oxunuşu davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 12:57 (UTC +04:00)

Dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğramış AN-140-100 təyyarəsinin "qara qutu"sundakı məlumatların şifrələrinin oxunuşu davam edir. Bu prosesin başa çatdırılmasına kimi qəzanın səbəblərini dəqiq söyləmək mümkün deyil. Bu barədə Trend ə "AZAL" Dövlət Konserinindən məlumat verilib. İlkin məlumatlara görə, qəza hava gəmisinin fəzada vəziyyətini idarə edən indikasiya cihazlarının işləməməsi səbəb olub. Məlumatların şifrələrinin oxunuşunun yaxın vaxtlarda başa çatacağı gözlənilir.

Dövlət Konsernindən verilən məlumata görə, qəzanın səbəbləri araşdırılana kimi "AZAL" AN-140-100 təyyarələrinin alınmasını və istismarını dayandırıb. AH-140-100 markalı təyyarələr "AZAL" Dövlət Konserni ilə Xarkov Dövlət Aviasiya müəssisəsi arasında 2004-cü il iyulun 8-də imzalanan müqavilə əsasında alınıb. Müqavilədə uçuş-texniki personalın təhsili və təyyarələrin texniki yardım göstərilməsi də nəzərdə tutulur. Müqavilənin müddəti $36,4 (4 təyyarədən hər biri $9,1 mln olmaqla) milyondur. Hazırda "AZAL" artıq iki təyyarə alıb.

Təyyarənin qəzaya uğraması nəticəsində 18 sərnişin və 5 heyət üzvü həlak olub. Həlak olanlar arasında Azərbaycan, Qazaxıstan, Avstraliya, İngiltərə, Türkiyə və Gürcüstanın vətəndaşları da olub. "AZAL" DK-nə məxsus olan təyyarə H.Əliyev adına beynəlxalq hava limanından Bakı-Aktau marşrutu üzrə uçarkən havaya qalxdbıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Xəbər lenti

Xəbər lenti