...

Mikromaliyyələşdirmə bankı BMİ ilə 4 kredit sazişi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 15:33 (UTC +04:00)

Azərbaycanın mikromaliyyələşdirmə bankı (AMMB) bir neçə beynəlxalq maliyyə institutu ilə (BMİ) təkrar maliyyələşdirmə üzrə sazişlər imzalayıb. Trend bankın məlumatına istinadən bildirir ki, bu sazişlərdən biri çərçivəsində Almaniyanın Deutsche Bank Beynəlxalq Mikromaliyyə Konsorsiumu AMMB-yə $4 mln. məbləğində kredit verib. Bu kredit xəttinin ilk tranşıartıq bankın hesabına daxil olub.

İsveçrənin Dexia / Blue Orchard mikromaliyyələşdirmə fondu və Belçikanın Impulse investisiya fondu ilə daha iki saziş imzalanıb. Həmin fondlar AMMB-yə müvafiq olaraq $1 mln. və $1,25 mln. məbləğində kredit verib. Bundan başqa, Almaniyanın KfW inkişaf bankı $5 mln. məbləğində uzunmüddətli krediti bəyənib.

Ümumiyyətlə, AMMB Azərbaycanda özəl sektorun maliyyələşdirilməsi üçün $20 mln.-dan çox məbləğdə sazişlər imzalayıb.

"Bu kredit sazişləri təkcə bizim üçün yox, bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Bizim fəaliyyətimizin yüksək nəticələri, beynəlxalq maliyyə institutlarını Azərbaycana investisiya qoyuluşunun mənbəyi kimi baxmağa vadar edir. Onlardan çoxusu ilk dəfə olaraq Azərbaycanda işləməyə başlayır. Bütün təqdim olunmuş kreditlər ölkənin özəl sektorunun maliyyələşdirilməsinə xidmət edəcək" -deyə AMMB-nin baş meneceri Tomas Enqelxardt bəyan edib.

Hal hazırda AMMB-nin kredit portfeli $17 mln. təşkil edir. Orta həcmi təxminən $2 900 olan kreditlərin sayı 5 900-ə çatır. Ümumiyyətlə isə, bank üç illik fəaliyyəti dövründə ümumi həcmi $48,5 mln. təşkil edən 19 000 kredit verib. Təkcə 2005-ci ilin dekabr ayında 1 mindən çox müştəriyə 18-36 illik faiz dərəcəsi ilə $100-dan $125 000-dək kredit təqdim edilir. AMMB həmçinin Western Union, Travelex və PrivatMoney sistemi ilə pul köçürülməsi xidmələri daxil olmaqla, individual və korporativ müştərilər üçün depozit əmanət xidməti kimi digər bank xidmətləri də təklif edir.

Xəbər lenti

Xəbər lenti