...

İnsan hüquqları daimi komissiyası dörd yeni qanun layihəsi hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2006 11:28 (UTC +04:00)

Milli Məclisin insan hüquqları daimi komissiyası dörd yeni qanun layihəsi üzərində iş aparır. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildirilib.

Bu sıraya "Uşaq kəndləri və gənclər evləri haqqında", "Demoqrafik təhlükəsizlik haqqında", "Dini etiqad azadlığı haqqında" yeni qanun layihələri daxildir. Layihələr əlaqədar təşkilatların mütəxəssisləri ilə birlikdə işlənir və onların bəziləri parlamentin yaz sessiyasında müzakirəyə təqdim olunacaq. Yaz sessiyasında eyni zamanda "İnzibati icraat haqqında", "Təhsil haqqında", "Əczaçılıq fəaliyyəti haqqında" qanunlara, Cinayət Məcəlləsinə də əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti