...

Azərbaycan Stavropol diyarının dənli bitki bitkilər üzrə tranzit ölkəsi ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2006 15:23 (UTC +04:00)

İki gün ərzində Stavropol diyarının rəhbərliyi Azərbaycan hökuməti ilə respublikaya dənli bitkilərin tədarükünün artırılması ilə bağlı danışıqlar aparır. Trend in məlumatına görə, bu barədə Stavropol diyarının qubernatoru Aleksandr Çernoqorov məlumat verib.

2005-ci ildə Azərbaycandan 570 min ton dənli bitki ixrac olunub və bu həcmi 2 tondan -4 tona qədər çatdırmaq mümkündür. "6,9 mln. tondan 4 mln. tonun Bakı limanından İranvə Türkiyə istiqamətində ixrac etmək mümkündür ki, bu da Azərbaycana dənli bitkilər üzrə tranzit öldkə olmağa imkan verir", - deyə o, göstərib.

Onun sözlərinə görə, Azərbaycan 2005-ci ilin yekunları üzrə Stavropol diyarının xarici ticarət dövriyyəsinə görə birinici yeri tutub. "Azərbaycanla diyar arasında xarici ticarətin həcmi $80 mlnu keçib. Bu da 5 il bundan əvvəl olduğundan 3 dəfə çoxdur", - deyə o bildirib.

Bu arada o bir sıra problemlərin, o cümlədən, nəqliyyat infrastrukturunun mükəmməl olmamasının həll olunmasının zəruriliyini qeyd edib.

"Biz tariflərin aşağı salınması üçün bütün tədbirləri həyata keçirməliyik və buna Rusiyanın TRASEKA layihəsinə daxil olması kömək edə bilər. Bu itkilərin 35%-ə qədər azaldılmasına səbəb ola bilər", - deyə o bildirib. İkinci problem Azərbaycan bazarında saxta məhsulların meydana çıxmasıdır.

Aleksandr Çernoqorov Azərbaycan hökumətinə diyarın turiszm sahəsinə investisiya qoymağı təklif edib. "Biz Azərbaycan investisiyaların gəlişi üçün şərait yaratmağa hazırıq", - deyə o bildirib.

Qubernator turizm əlaqələrinin inkişafına hazır olduqlarını və müvafiq şirkətlərlə əməkdaşlığı təmin etməyə hazır olduqlarını bildirib. "Bununla əlaqədar 2006-cı ilin mayında Bakıda kurort biznesi üzrə sərgilərin keçirilməsi planlaşdırılıb", - deyə o sonda bildirib.

Xəbər lenti

Xəbər lenti