...

Bakı neft-qaz sərgisində çoxlu sayda yeni şirkət təmsil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2006 18:02 (UTC +04:00)

2006-cı ildə "Neft, qaz, neftemalı və neftkimya" sərgisində ekspozisiyaların təxminən 40%-ni əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmamış yeni şirktələr təşkil edəcək. Trend bildirir ki, bu barədə sərginin təşkilatçısı olan Iteca Caspian şirkətinin məlumatında deyilir. Sərgi iyunun 6-dan 9-dək keçiriləcək.

Bu il ekspozisiyaların ötən illə müqayisədə artımı 20% gözlənilir. "Azərbaycan dünya neft cəmiyyətində öz layiqli yerini saxlayır, regionda öz lider mövqeyini əldən vermir" -deyə məlumatda qeyd olunur. Sərginin başlanmasına 4 ay qalır və sahənin 70%-i iri şirkətlər və milli pavilyonlar üçün götürülüb.

Milli qruplar üçün pavilyonlar İtaliya, Almaniya, Rusiya, Böyük Britaniya, Fransa, ABŞ tərəfindən ehtiyat üçün saxlanılıb. Azərbaycanda "Rusiya İli" ilə bağlı olaraq Rusiya şirkətlərinin sayı da xeyli artıb. Ümumiyyətlə, 38 ölkədən təxminən 400 şirkətin iştirakı gözlənilir.

Sərgi çərçivəsində ənənəvi olaraq konfrans keçiriləcək və bu il konfrans "Xəzərin neft və qaz ehtiyatlarının sabit inkişafı" mövzusuna həsr olunacaq. Konfrans iyunun 7-dən 8-dək Hyatt Regency otelinin konfrans salonunda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti