Azərbaycanın Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın dövlət reyestri Xidmətinə daşınmaz əmlak hüququnun qeydiyyatına dair, eləcə də dövlət əmlakının Registrinə daxil olan məlumatları təqdim edib. Trend Dövlət komitəsinin məlumatına istinadən bildirir ki, indi özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin satılmasına dair alıcılara verilmiş şəhadətnamələr, habelə dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı və özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərin (müəssisələrin) özgəninkiləşdirilən əmlakının əldə edilməsini təsdiq edən şəhadətnamələr barədə məlumatlar müntəzəm olaraq Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə veriləcək.
Eyni zamanda, müvafiq nazirlik, komitə və dövlət təşkilatlarından daxil olan dövlət əmlakı barədə dəyişikliklər nəzərə alınmaqla dövlət əmlakının Registrinə daxil olan yeniləşmiş məlumatların rüblük olaraq təqdim edilməsi istiqamətində zəruri işlər görülür.