...

Azərbaycanın Dövlət Baytarlıq Xidməti Xəzər sahillərinin dezinfeksiyasına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 14:43 (UTC +04:00)

Günəşin şüaları altında "quş qripi" virusu bir gün ərzində məhv olur. Amma buna baxmayaraq aprelin 7-dən etibarən mülki müdafiə nümayəndələrindən təxminən 100 nəfər və 6 avtomobil Dövlət Baytarlıq Xidmətinin mütəxəssisləri ilə birgə Xəzər dənizinin sahil ərazilərinin dezinfeksiyasına başlayacaq. Trend in məlumatına görə, bu barədə Xidmətin rəhbəri İsmayıl Həsənov bildirib.

Onun sözlərinə görə, bu, şəhərin kənarında "quş qripi"nin yayılmasının qarşısının alınması üçün həyata keçirilir.

Çimərlik mövsümünün yaxınlaşmasına gəlincə o, deyib ki, bu virusa yoluxmaq üçün heç bir təhlükə yoxdur. "Bundan başqa, sanitar-epidemioloji xidmət də vəziyyətə nəzarət edir və çimərliklərdə bütün lazımi tədbirlər həyata keçirilir" -deyə Xidmətin rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti