...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ABŞ-ın Sülh korpusu ilə memorandum imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2006 13:49 (UTC +04:00)

Aprelin 1-də Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə ABŞ-ın Sülh korpusu arasında "Qarşılıqlı anlaşma barədə" memorandum imzalanıb. Trend in verdiyi məlumata görə, sənədi iqtisadi inkişaf naziri Heydər babayev və Sülh korpusunun ölkə üzrə direktoru Zoltan Sigeti imzalayıb.

"Sülh Korpusunun Azərbaycanda icmaların iqtisadi inkişafı proqramı" memorandumu İİN ilə əməkdaşlığın inkişafı şəraitində həyata keçiriləcək. Proqram ABŞ-dan olan könüllülərin iqtisadi inkişaf üçün xidmətlərə və ölkə regionlarındakı icmaların inkişafına yardım etməsini nəzərdə tutur.

Proqramın əsas məqsədi Azərbaycanın biznes imkanlarına, tərəfdaşların və təşkilatların potensial inkişafına yardım göstərməkdən ibarətdir. Proqram çərçivəsində biznes qabiliyyətləri, texniki biliklər və azad bazar fəaliyyəti üzrə təhsil və məsləhət xidmətləri təşkil olunacaq.

Proqram əsasən rayonlarda, o cümlədən kənd yerlərində həyata keçiriləcək. Layihənin reallaşdırılmasında ABŞ Sülh Korpusunun biznesin inkişafı və fermer təsərrüfatlarının idarə olunması üzrə könüllüləri iştirak edəcəklər.

2006-cı ilin sentyabrından Sülh korpusunun könüllüləri 2 il ərzində seçilmiş təşkilatlarda yerləşdiriliblər. Aylıq və könüllülərin səhhəti ilə bağlı xərclər Sülh Korpusu tərəfindən ödəniləcək. Təşkilat tərəfindən ABŞ-ın nümayəndələri üçün hər hansı vəsait ayrılmayacaq. Bu təşkilatla bağlı əsas tələblər könüllülərin səmərəli işləməsinə yardım və onların işinə nəzarətdir.

Xəbər lenti

Xəbər lenti