...

"AtaAkademiya" fəaliyyət planlarına dair hesabat verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2006 17:26 (UTC +04:00)

2007-ci ildən "Ataholdinq"in tərkibində fəaliyyət göstərən "AtaAkademiya" digər şirkətlər üçün də açıq olacaq. Trend in məlumatına görə, bu gün "AtaAkademiiya"nın fəaliyyətinin ilkin yekunlarına həsr olunmuş mətbuat konfransında idarə heyətinin sədri Hakan Ozalpay bildirib ki, ötən vaxtlar ərzində olduğu kimi, bu il də "AtaAkademiya" "Ata" şirkətlər qrupu əməkdaşlarının yeni bilik və vərdişlərə yiyələnməsinin təminatını davam etdirəcək.

"AtaAkademiya" 2006-cı il yanvarın 24-dən fəaliyyətə başlayıb, amma 2000-ci ilin mayından sınaqdan keçirilir, ötən il holdinqin 89 əməkdaşı üçün böhranın, xarizmatik rəhbərliyin, işdə həm də rəhbərliklə gündəlik qarşılıqlı münasibətlərin idarə edilməsi üzrə treninqlər keçirilib. İlin əvvəlindən "AtaAkademiya" tərəfindən "Ata" şirkəti top-menecerləri üçün 10 proqram üzrə seminarlar keçirilib.

Təsdiq olunmuş plana əsasən, bu il ərzində 78 seminarın keçirilməsi planlaşdırılır və bunun üçün 20 müxtəlif mövzu işlənib hazırlanıb. Bu seminarları 6 müəllim aparacaq, onlardan ikisi İstanbulun ticarət universitetindəndir. "AtaAkademiya"nın müəllimi, strategiya komitəsinin (strateji planlaşdırma) üzvü Ergün Zoğa hesab edir ki, kadr hazırlığı çox mühümdür, çünki bütün sahələrdə yüksək ixtisaslı insan ehtiyatları ilə bağlı çətinliklər var. Burada həm xarici, həm də daxili amillər var ki, bununla bağlı kadr hazırlığı aparılmalıdır. Bunlar struktur, strateji, kadr dəyişiklikləri, müştəri tələbatı, inteqrasiya və digər məsələlərdir.

"Ata" şirkətinin əməkdaşları üçün treninqlər pulsuzdur, amma gələcəkdə sifariş əsasında digər müəssisə və təşkilatlar üçün kadrlar hazırlandıqda müəyyən ödəniş tətbiq olunacaq. H.Ozalpayın sözlərinə görə, bu, Türkiyədən dəvət olunmuş professor və universitet müəllimləri üçün sərf olunan xərclərin örtülməsi üçün lazımdır.

"AtaAkademiya" bu gün maliyyə sektoru ilə yanaşı işgüzar dairələrin əməkdaşlarına təhsil verən Azərbaycan bank tədris mərkəzinin rəqibi olmayacaq. "Ataholdinq" idarə heyəti sədrinin müavini Elnarə Əlizadə hesab edir ki, "AtaAkademiya" daha çox korporativ müştəri üçün nəzərdə tutulub və seminarlarda daha geniş sayda müəllimi əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti