...

Jan Lemyer: Azərbayan AYİB-in etibarlı tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2006 19:01 (UTC +04:00)

Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf bankı ilə gələcək əlaqələrinin genişləndirilməsi perspektivləri və əməkdaşlığının hazırkı vəziyyəti aprelin 10-da iqtisadi inkişaf naziri Heydər Babayevin AYİB prezidenti Jan Lemyerlə görüşünün müzakirə mövzusu olub. Trend in İİN-in press-relizinə istinadən xəbər verdiyi kimi, səmərəli əməkdaşlığın nəticəsi olaraq AYİB ölkə iqtisadiyyatının müxtəlif sahələrinin maliyyələşdirilməsi üçün $800 mln məbləğində vəsait ayırıb. Həmçinin, təbii ehtiyatların hasilatı, energetika, nəqliyyat üzrə layihələrin texniki-iqtisadi sənədlərinin hazırlanması üçün də maliyyə yardımı göstərilib.

Bank Yenikənd SES-in tikintisi, Mingəçevir SES-in yenidənqurulması, hava-naviqasiya sisteminin modernləşdirilməsi, Böyük Bakının su təchizatı sisteminin yaxşılaşdırılması kimi layihələri maliyyələşdirib. Hazırda bank tərəfindən Hacıqabul-Kürdəmir və Bakı-Samur avtomobil yollarının yenilənqurulması layihələri maliyyələşdirilir. Bundan başqa, Avropa bankı ölkənin özəl sektorunun, o cümlədən yerli özəl bankların maliyyələşdirilməsində də iştirak edir.

Görüşdə H.Babayev AYİB-in Azərbaycanda fəaliyyətini yüksək qiymətləndirib və əməkdaşlığın genişləındirilməsi üçün potensial imkanları qeyd edib. Xüsusilə, Azərbaycanda yeni yaradılmış Dövlət İnvestisiya Şirkətinin fəaliyyətinə, Tarif Şurasının işinin beynəlxalq standartlara cavab verəcək dərəcədə təşkilinə AYİB tərəfindən dəstək

göstərilməsi, bank və maliyyə sektorunun inkişafında AYİB təcrübəsindən istifadə edilməsi məqsədəuyğundur.

Nazir AYİB-i ölkə regionlarının və özəl sektorun inkişafına yönəlmiş layihələrdə iştirak etməyə dəvət edib və bildirib ki, bu il BMİ ilə birgə $450 mln dəyərində layihələrin mialiyyələşdirilməsi planlaşdırılır.

J.Lemyer Azərbayanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, bankın ölkəmizlə əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, bank, həmçinin, ölkə regionlarında həyata keçirilən layihələrə də maraq göstərir və o, aprelin 11-də Qubada iş adamları qarşısında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti