...

Fazil Məmmədov: Azərbaycanda ƏDV ödənişi mexanizmi təkmilləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 20:03 (UTC +04:00)

Vergilər naziri Fazil Məmmədov Azərbacyanda çalışan iş adamları ilə görüşüb. Trend agentliyinin məlumatına əsasən, görüş zamanı iş adamları bir sıra məsələləri müzakirə edib və ölkədə qarşılaşdıqları problemlərdən söz açıb.

MCCI-nin vitse-prezidenti Yena Kokranın sözlərinə görə, şirkət dövlətə $138 mln. vəsait köçürüb. "Biz bir xarici şirkət kimi hesab edirik ki, dövlət təərfindən yardımın göstərilməsi vacibdir. Bizə məlumdur ki, Azərbaycan hökuməti şirkətlərə köməklik göstərmək üçün əlindən gələni edir" - deyə o bildirib.

AZEL-in rəhbəri İqor Yakovenko görüş iştirakçılarının diqqətini azad iqtisadi zonaların yaradılmasına yönəldib. "Bu məsələyə IT sektor çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə baxılır" - deyə o əlavə edib. İ. Yakovenko hökumətdən bu ideyaya müsbət yanaşmağı xahiş edib. Onun qaldırdığı digər məsələ müəllif hüquqları və lisenziya proqram təminatına riayət olunmasıdır.

Vergilər nazirinin dediklərinə görə, ƏDV ödənişi mexanizminə cuzi dəyişikliklər ediləəck. "Bu təklif yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarıla bilər" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti