...

Maliyyə Nazirliyi ciddi hesabat blanklarını hazırlayan mətbəələrin lisenziyalaşdırma mexanizminə yenidən baxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 15:54 (UTC +04:00)

Ciddi hesabat blanklarını hazırlayan mətbəələrə məxsus lisenziyaların müddəti başa çatdıqda, Maliyyə Nazirliyi gələcək limsenziyalaşdırma mexanizminə yenidən baxacaq. Bu barədə Trend ə maliyyə nazirinin müavini Azər Bayramov deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyində bu məsələ ilə məşğul olan xüsusi komissiya fəaliyyət göstərir.

Bu gün ciddi hesabat blanklarının hazırlanması üzrə 57 mətbəə fəaliyyət göstərir. "Bəzi mətbələrin dövriyyəsinin aşağı olması baxımından bu rəqəm çox aşağıdır.

Ciddi hesabat blankları - çox ciddi sənəddir. Mətbələrin normal mühafizə sistemi və müvafiq texnoloji təchizatı olmalıdır. Başqa ölkələrdə buna çox ciddi yanaşırlar" - deyə o vurğulayıb.

A.Bayramovun fikrincə, hesab-faktura uçotunun mərkəzləşdirilməsi müsbət nəticə verdikdə, bu, digər ciddi hesab sənədlərinə də tətbiq edilə bilər. Lakin hazırda hesab-faktura üzrə mərkəzləşdirilmiş sistemə keçid mətbəələrin sayının azaldılmasına təsir göstərməməlidir.

Xəbər lenti

Xəbər lenti