...

Azərbaycanın iri quşçuluq müəssisələri öz fəaliyyətlərini tam bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2006 19:24 (UTC +04:00)

Azərbaycanın iri quşçuluq müəssisələri öz fəaliyyətlərini tam bərpa edib. Bu barədə Trend ə respublika quşçuluq cəmiyyətinin başçısı Aydın Vəliyev bildirib.

Onun sözlərinə görə, məhsulun sonrakı istehsalı üçün yumurta çatışmazlığına malik kiçik müəssisələrlə bağlı bəzi problemlər var. "Yumurtalar Hollandiya, Rusiya və başqa ölkələrdən alınacaq", - deyə A.Vəliyev qeyd edib.

Təşkilat başçısı bildirib ki, broyler müəssisələrində mükəmməl quşun əldə olunma müddəti 50 gündür.

"Bu gün bizim başlıca məqsədimiz ölkəni quşçuluq məhsulları ilə tam bərpa etməkdir, bu da, öz növbəsində, bazarda qiymətləin düşməsinə səbəb olacaq", - deyə A.Vəliyev vurğulayıb.

"Quş qripi" virusunun azalmasından sonra istifadə müddəti keçmiş məhsulların satışı haqqında məlumatı şərh verən A.Vəliyev bildirib ki, bu, həqiqətə uyğun deyil.

"Bu məhsullar prosedura uyğun şəkildə soyuducularda saxlanılıb və hər bir məhsul 1 il istifadə müddətinə malikdir. Hər bir müəssisə heç olmazsa bazardakı yerini qorumaq üçün keyfiyyətli məhsulun təqdim olunmasında maraqlıdır", - deyə A.Vəliyev qeyd edib.

Respublika quşçuluq cəmiyyətinə 29 müəssisə daxildir, bunlardan 28-i quşçuluq müəssisəsi (Mərdəkan Broyler, Siyəzən Broyler, Dəvəçi Broyler, Zirə Broyler, Arco Co, İmişli Broyler, Şəmkir Broyler) və yalnız biri baytar dərman preparatlarının distribüterdir.

Xəbər lenti

Xəbər lenti