...

Həftə ərzində Azərbaycan valyuta bazarının icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2006 13:05 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi 0,0009 bənd (0,09%) möhkəmlənib. Ötən həftə manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 0,89478 manat səviyyəsində müəyyən edilib.

Trend in xəbər verdiyi kimi, ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi 3 iyulda (1 ABŞ dolları 0,8953 manat), minimum məzənnəsi isə 7 iyulda (1 ABŞ dolları 0,8941 manat) müəyyən edilib.

Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

anatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

26 iyun

-

3 iyul

0,8953

27 iyun

0,8958

4 iyul

0,8949

28 iyun

0,8959

5 iyul

0,8949

29 iyun

0,8957

6 iyul

0,8947

30 iyun

0,8956

7 iyul

0,8941

Həftə

ərzində

orta

0,89575

Həftə

ərzində

orta

0,89478

Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında aparılmış sövdələşmələr nəticəsində müəyyən edilmiş birja məzənnəsi 0,0012 bənd (0,12%) artıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,89392 manat səviyyəsində müəyyən edilib.

Ötən həftə 1 ABŞ dollarının manata nisbətdə maksimum məzənnəsi 3 və 4 iyulda (1 ABŞ dollarına görə 0,8943 manat), minimum məzənnə isə 7 iyulda (1 ABŞ dollarına görə 0,8931 manat) müəyyən edilib.

3 iyulda BEST-də $1 mln. (orta mübadilə məzənnəsi - 0,8943 AZN/USD), 4 iyulda sövdələşmə aparılmayıb, 5 iyulda - $5,73 mln (məzənnə - 0,8940 AZN/USD), 6 iyulda - $1 mln (məzənnə - 0,8939 AZN/USD) və 7 iyulda $2,2 mln. (məzənnə - 0,8931 AZN/USD) dəyərində sövdələşmələr aparılıb.

Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

26 iyun

-

3 iyul

0,8943

27 iyun

0,8950

4 iyul

0,8943

28 iyun

0,8954

5 iyul

0,8940

29 iyun

0,8951

6 iyul

0,8939

30 iyun

0,8950

7 iyul

0,8931

Həftə

ərzində

orta

0,895125

Həftə

ərzində

orta

0,89392

Ötən həftə ərizələrin olmaması ilə əlaqədar Rusiya (RUB/AZN) və Avropa (EUR/AZN) valyutaları ilə sövdələşmə aparılmayıb.

Həmin dövrdə özəlləşdirmə çeklərinin qiyməti, demək olar ki, sabit olub. Bütün həftə ərzində vauçerin qiyməti ötən həftədəkinə nisbətən sabitliyini saxlayaraq, 75 min köhnə manat (15 AZN) səviyyəsində olub.

Xəbər lenti

Xəbər lenti