...

EİTİ "Ümumi neft gəlirləri" kampaniyası keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2006 16:22 (UTC +04:00)

2006-cı ilin sentyabr ayından Mədən sənayesinin şəffaflıq təşəbbüsü (EİTİ) çərçivəsində "Ümumi neft gəlirləri" kampaniyası keçiriləcək. Trend in verdiyi xəbərə görə, bu barədə iyulun 18-də EİTİ Şurasının koordinatoru Sabit Bağırov bildirib.

Onun sözlərinə görə, 10 gün ərzində KİV nümayəndələri üçün treninqlər, tələbələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, müsabiqələr keçiriləcək.

"Əsas məqsədimiz Azərbaycanın neft gəlirlərinə dair əhalinin məlumatını artırmaqdan ibarətdir", - deyə S.Bağırov vurğulayıb.

Koordinator həmçinin bildirib ki, hazırda layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitlərin müəyyən hissəsi artıq ayrılıb.

Kampaniya çərçivəsində neft gəlirlərinə həsr olunmuş - 2006-cı il üçün dövlət neft fondunun xərclərinin təhlili, neft gəlirlərinin sosial-iqtisadi inkişafa təsiri və Azərbaycanda "Holland sindromu"nun əlamətləri mövzusunda ən yaxşı məqalələr üzrə müsabiqə keçirilir. Birinci yerin sahibinə 300 ABŞ dolları məbləğində, ikinci yerə- 200 ABŞ dolları (2 nəfər), üçüncü yerə isə 100 ABŞ dolları (2 nəfər) məbləğində mükafat təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti