...

Bakı Fond Birjasında qiymətli kağızlarla ilk repo əməliyyat keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2006 19:38 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) yerli maliyyə bazarının tarixində ilk dəfə olaraq Maliyyə Nazirliyi tərəfindən buraxılmış qısamüddətli dövlət istiqrazları ilə banklararası repo əməliyyatları keçirilib. Trend BFB-yə istinadən xəbər verir ki, indiyə qədər Azərbaycan Milli Bankının qısamüddətli notları ilə repo əməliyyatları keçirilirdi.

Birinci sövdələşmə üzrə kontraqentlər Bank Standard, Kochbank-Azerbaijan və Azəriqazbankdır. Sövdə 4 768 sayda 10301613S dövlət qeydiyyat nömrəli kağızla həyata keçirilib. Banklararası repo üzrə sövdələşmə 13% dərəcəsilə 32 günə bağlanıb.

Banklararası reponun bağlanması tarixi 2006-cı ilin avqustun 21-nə, ödəmə tarixi isə- dekabrın 25-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti