...

Zahid Oruc: "Alternativ hərbi xidmət haqqında" qanun Azərbaycan ordusu sıralarında say azalmasına səbəb olmamalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2006 12:46 (UTC +04:00)

"Alternativ hərbi xidmət haqqında" qanunu elə qəbul etməliyik ki, bundan sui-istifadələrə yol verilməsin. Bu barədə Trend ə Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, Ana Vətən Partiyası sədrinin birinici müavini Zahid Oruc Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri olan "Alternativ xidmət haqqında" qanunun qəbuluna münasibət bildirərəkən qeyd edib.

Millət vəkili qeyd edib ki, adıçəkilən sənəd 2003-cü ildə konstitusiyaya edilən dəyişikliklərdə, xüsusilə referendum layhəsindəki islahatlar paketində nəzərdə tutulan müddəalardan biridir: "Məsələnin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir. Qanun bilavasitə ordu quruculuğuna, vətənin silahlı qüvvələrlə təmin olunmasına müəyyən təsir göstərən sənəddir. Söhbət dini baxışlarına, etiqadına görə vətəndaşın ikinci dərəcəli əmək fəaliyyətini yerinə yetirərək hərbi xidmətə hazırlanmamasını nəzərdə tutur".

Z.Oruc bildirib ki, MDB məkanında Rusiyada və Avropanın bəzi dövlətlərində bu yöndə qanunlar qəbul edilib, Ancaq elə dövlətlər var ki, bu sənədə qoşulmayıb: "Azərbaycan nə səbəbdənsə, vətəndaş hüquqlarını genişləndirmək mənasında belə bir öhdəlik qarşısındadır. Mən elə düşünürəm ki, bu sahədə elə bir qanun qəbul etməliyik ki, bu sui-istifadələrə yol açmasın. Sənədin parlamentin payız sessiyasında müzakirəsi mümkündür".

Xəbər lenti

Xəbər lenti