...

Azərbaycanda duz istehsalı üzrə yeddi müəssisənin fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2006 13:13 (UTC +04:00)

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi duz istehsalı üzrə 7 yerli müəssisənin fəaliyyətini dayandırıb. Dövlət agetliyindən Trend ə verilən xəbərə görə, qərarın çıxarılmasının əsas səbəbi bu müəssisələrdə istehsal edilən keyfiyyətsiz məhsul, eləcə də onların müəyyən standartlara uyğun olmamasıdır.

Dövlət agentliyindən həmçinin qeyd ediblər ki, hazırda əsasən qida və sənaye sahəsində yoxlanışlar aparılır.

Bundan başqa, agentlik Bakı bazarlarında tərəzi daşlarına nəzarəti gücləndirib. Çünki hazırda bazarlarda əksər tərəzilər köhnəlib və sıradan çıxıb, ona görə də onlar çəkini düzgün göstərmirlər. Əhali agentliyin bu fəaliyyətinə rəğbətlə yanaşır.

Agentliyin başçısı Ramiz Həsənovun qeyd etdiyi kimi, təşkilat elektron tərəzi istehsal edən radioqurğu zavodu ilə əlaqə yaradıb və bu zavod tədricən elektron tərəziləri istismara verəcək.

Xəbər lenti

Xəbər lenti