...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və "RusAl" danışıqların növbəti raundunu keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2006 16:43 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyində Azərbaycanda alüminium istehsalı üzrə zavodun tikintisi layihəsi üzrə "Rus Alüminiy" ASC-nin nümayəndə heyəti ilə danışıqların növbəti raundu keçirilib. İqtisadi inkişaf naziri Heydər Babayevin Trend ə verdiyi məlumata görə, enerji daşıyıcılarının qiymətləri dəqiqləşdirilib. "Biz bu gün Azərbaycanda mövcud olan tariflərə pul buraxmayacağımızı deyərək, Azərbaycan hökümətinin prinsipial mövqeyini bildirdik", - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, görüşdə bir çox digər məsələlər də müzakirə edilib, lakin danışıqlar hələ davam etdiriləcək. Bu yaxınlarda "RusAl" öz məktubunda həm qaz, həm də elektrik enerjisi üzrə güzəştlər, həmçinin Gəncə giltorpaq zavodundan 100% giltorpaqla təmin edilmə ilə bağlı tələblərindən Azərbaycan tərəfinin imtina etməsi ilə razılaşıb.

Zavodun tikintisi üçün hökümət artıq "RusAl"a Gəncədə sahə ayırmağa hazır olduğunu bildirib. Azərbaycanda yeni alüminium zavodunun yaradılması layihəsinə görə, onun gücü ildə 300 min ton təşkil edəcək. Zavodun işinin təmin edilməsi, infrastrukturun genişləndirilməsi üçün və elektrik stansiyasının tikintisində sərmayələrin ümumi həcmi 1 mlrd. ABŞ dollarını ötəcək.

Xəbər lenti

Xəbər lenti