...

Azərbaycanlı mütəxəssis beynəlxalq kartofçuluq mərkəzinin treninqlərində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2006 16:17 (UTC +04:00)

Azərbaycanlı mütəxəssis CIP Centro International de La Papa (the International Potato Center) beynəlxalq kartofçuluq mərkəzinin treninqlərində iştirak edəcək. Tədbir oktyabrın 2-dən 7-ə qədər Daşkənddə keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyi yanında elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, treninqlərdə Gəncədə yerləşən bitkilərin mühafizəsi üzrə institutun mütəxəssisi Cəfər Məhərrəmovun iştirak edəcəyi gözlənilir.

Treninqlər kartofun yetişdirilməsi prosesində ziyanvericilərlə, xüsusən də kartof böcəyi ilə mübarizəyə həsr olunub.

Treninqlərdə Azərbaycanla yanaşı müxtəlif ölkələrin, o cümlədən də Mərkəzi Asiya ölkələrinin mütəxəssisləri iştirak edəcək.

Mərkəzin fəaliyyətin əsas məqsədi kartofçuluqda, digər köklü və yumru bitkilərin elmi tədqiqatları vasitəsilə, eləcə də And dağlarında və digər dağlıq ərazilərdə təbii ehtiyatlardan istifadənin yaxşılaşdırılması vasitəsilə ölkələrin inkişafı əsasında yoxsulluq səviyyəsinin aşağı salınması və ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Mərkəzdə dünyanın 25 ölkəsindən alimlər işləyir. Mərkəz fəaliyyətinin ilk illərində beş donor tərəfindən maliyyələşdirilirdi, bu gün onun büdcəsi 40 donor hesabına formalaşır.

Xəbər lenti

Xəbər lenti