...

Gürcüstan və Azərbaycan dövlət borcunun restrukturlaşdırılması haqqında saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2006 11:43 (UTC +04:00)

Gürcüstanın Azərbaycan qarşısında dövlət borcunun restrukturlaşdırılması haqqında saziş iki ölkənin maliyyə nazirləri tərəfindən avqustun 17-də Batumidə imzalanıb.

Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir ki, imzalama mərasimi Gürcüstan və Azərbaycanın baş nazirlərinin iştirakı ilə Acariyanın inzibati mərkəzində keçirilən ikitərəfli hökümətlərarası komissiyanın iclası bitdikdən sonra baş tutub.

Gürcüstanın Azərbaycan qarşısında xarici borcunun ümumi məbləği 16,189 mln. ABŞ dolları təşkil edir.

Xəbər lenti

Xəbər lenti