2006-cı ilin avqnust ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) analitik şöbəsinin hesablamalarına əsasən, dilerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Koch Bank Azerbaijan" başçılıq edir. Şirkət ümumi dəyəri 15,817 mln. AZN olan diler əməliyyatları həyata keçirib. Trend in BFB-nin məlumatına istinadən verdiyi xəbərə görə, ikinci yeri ümumi həcmi 14, 029 mln. AZN olan diler əməliyyatları aparmış "Unibank" tutub. Bu göstərici birinci yeri tutan dilerin göstəricisindən 1,788 mln. AZN azdır. Üçüncü yerdə isə 6,560 mln. AZN-lə "Bank of Baku" qərarlaşıb.
Qeyd edək ki, iyul ayı ilə müqayisədə avqust ayında dilerlərin renkinqində birinciliyə iddia edən məbləğin səviyyəsi artıb. Belə ki, iyul ayında diler əməliyyatların öndə gedən məbləği 13,622 mln. AZN təşkil edib, avqust ayında isə bu məbləğ 1,16 dəfə çox olub. Bundan əlavə, avqust ayında əməliyyat aparmış dilerlərin sayı iyul ayı ilə müqayisədə artaraq, 5 dilerdən 6 dilerə çatıb.
2006-cı ilin avqust ayı üçün DQK bazarında aparılmış əməliyyatların həcminə görə dilerlərin renkinqi
Xidmətlərin həcminə görə yeri görə yeri |
Xidmətlərin həcminə görə yeri görə yeri |
Dilerlərin adı adı |
Əməliyyatların həcmi (AZN) məliyyatların həcmi (AZN) |
1 |
1 (-) |
"Koch Bank Azerbaijan" Koch Bank Azerbaijan" |
15.816.989,96 |
2 |
2 (-) |
"Unibank" Unibank" |
14.028.805,38 |
3 |
3 (-) |
"Bank of Baku" |
6.560.436,48 |
5 |
4 (▲) |
"Azəriqazbank" |
6.510.125,50 |
4 |
5 (▼) |
"AzərTürkBank" ürkBank" |
4.588.193,64 |
- |
6 (-) |
"AtaBank" |
1.599.420,18 |
* - İyul * - Avqust