...

"Azərdəmiryolbank"ın müştəriləri beynəlxalq lotoreya aksiyasında qalib gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2006 20:11 (UTC +04:00)

"Bıstraya poçta xidmətindən istifadə et və pul mükafatları qazan" lotereya aksiyasının birinci və ikinci tirajının nəticələrinə görə, "Azərdəmiryolbank"ın 13 müştərisi $20 məbləğində pul mükaftına sahib olub. Bu barədə Trend bankın məluatına istinadən xəbər verir.

Bu fakt bankın geniş filiallar və şöbələr şəbəkəsi tərəfindən təqdim edilən pul köçürmələri xidmətinə olan yüksək tələbatın göstəricisi olub. Qeyd edək ki, bu ilin birinci yarısında "Azərdəmiryolbank" vasitəsi ilə $8,8 mln. həcmində pul köçürmələri həyata keçirib. Bu, keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqaisədə 11 dəfə çoxdur.

"Bıstraya Poçta"nın lotereya aksiyası "Impeksbank" ASC tərəfindən təşkil olunub və 2006-cı ilin iyunun 15-dən dekabrın 31-dək olan dövrü əhatə edir. Bu lotereyanın iştrakçıları $20, $50, $100, $1000 və $10000 məbləğində pul uduşları qazanmaq imkanını əldə edirlər.

Xəbər lenti

Xəbər lenti