Sentyabrın 19-da Yardımlı və Qax rayonları ərazisində baş vermiş iki yol qəzası nəticəsində 3 nəfər həlak olub. Bu barədə Trend ə Respublika Dövlət Yol Polis İdarəsindən məlumat verilib.
Yardımlı-Masallı yolunun Yardımlı rayonu Porsava kəndi ərazisində Lerik rayon sakini Vahid Lələyev "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sərnişin Vüsal Lələyev hadisə yerində ölmüş, xəsarət almış sürücü və oğlu Ağaəli isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Xaldan-Balakən yolunun Qax rayonu Oncallı kəndi ərazisində, kənd sakini Tahir Məmmədov isə "VAZ-21012" markalı avtomaşını idarə edərkən onu yol kənarındakı maneəyə vurub. Nəticədə T.Məmmədov hadisə yerində, sərnişin Zülfüqar Cabbarov isə xəstəxana dünyasını dəyişib.