CredAgro qeyri-bank kredit təşkilatı ilk dəfə İtaliyanın Microfinanza reytinq agentliyindən reytinq alıb. Trend xəbər verir ki, bu barədə CredAgro-nun direktoru Eldar Cəfərov bildirib. Onun sözlərinə görə, təşkilat mikromaliyyə təşkilatlarına verilən ən yüksək reytinqi alıb.
CredAgro -ya ikinci səviyyəli BBB reytinqi verilib. Reytinq yüksək topmenecment, səmərəli desentralizasiya, kredit məhsullarının müxtəlif adları, yüksək keyfiyyətli kredit portfelinə görə təltif olunub.