...

Misir Mərdanov: Uşaq bağçalarının özəlləşdirilməsi məktəbəqədər təhsil səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2006 16:20 (UTC +04:00)

Uşaq bağçalarının özəlləşdirilməsi Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Nazir məktəbəqədər müəssisələrin özəlləşdirilməsi ilə bağlı dövlət başçısının verdiyi sərəncamın əhəmiyyətini yüksək qiymətləndirib. Uşaq bağçaları özəlləşdirməyə çıxarılan zaman müəssisənin maddi-texniki bazası, uşaqların sayı və s. nəzərə alınacaq. Nazir əmindir ki, gələcəkdə dövlət və özəl məktəbəqədər müəssisələr arasında sağlam rəqabət yaranacaq və bu, öz növbəsində, həmin müəssisələrdə təhsilin səviyyəsinin artmasına təsir edəcək.

Özəlləşdirməyə açıq elan edilmiş uşaq bağçaları yalnız düz təyinatı üzrə istifadə oluna bilər, - deyə nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti