...

G.Qref: "KAMAZ" Azərbaycanda quraşdırma istehsalatının yaradılması layihəsini nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2006 18:48 (UTC +04:00)

"KAMAZ" ASC Azərbaycanda yük avtomobillərinin quraşdırma istehsalatının yaradılması layihəsini nəzərdən keçirir. Trend xəbər verir ki, bu barədə bu gün Bakıda Rusiya iqtisadi inkişaf və ticarət naziri German Qref jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, əgər əvvəllər şirkət Azərbaycana ildə 80 maşın tədarük edirdisə, indi həmin həcm bir ayda yerinə yetirilir.

"Biz Azərbaycan bazarına tələbatın artmasını və artan marağı hər vasitə ilə dəstəkləyirik", - deyə nazir qeyd edib.

Bu, ayrıca- Azərbaycanın "Az Motors Co Ltd." şirkətindən kənar istehsalat olacaq. Şirkət bu istehsalatı dövlətin iştirakı və dəstəyi ilə təşkil etmək istəyir, lakin, sadəcə olaraq, maya dəyərinə görə "KAMAZ"ın istehsal etdiyi avtomobillərdən baha bir-iki avtomobil quraşdırmaq istəmir.

Azərbaycan höküməti həmçinin bunun bir növ avtomobilin quraşdırılması olmaması şərti ilə, bu istehsalın inkişafı üçün güzəştlərin verilmə ehtimalını nəzərdən keçirir.

Hazırda Azərbaycanda ağır yük maşınları bazasının 70%-i "KAMAZ" avtomobillərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti