...

"Bank of Baku" təcili pul köçürmələri sistemi çərçivəsində "Indi bank sizə ödəyir!" şüarı altında yeni loyallıq proqramına və uduşlu lotereyaya start verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2006 12:00 (UTC +04:00)

Cari il oktyabr ayının 10-dan etibarən "Bank of Baku" ASC Təcili Pul köçürmələri sistemi çərçivəsində əməliyyatların stimullaşdırılması və bank müştərilərində loyallığın artırılması məqsədilə "Bank of Baku" vasitəsilə aparılan hər köçürmə/daxil olma əməliyyatına görə müştərilərə bonus (pul ekvivalentində) qazandıran yeni kampaniyaya start verəcək. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bundan əlavə, "Bank of Baku" bu müştərilərə uduş fondu 10 000 ABŞ dolları məbləğində olan xüsusi lotereyada iştirak etmək hüququ qazandıracaq.

Qeyd edək ki, hal-hazırda Bank "Western Union", "Migom", "Bıstraya poçta" və "Travelex" beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlıq edir. Bankın yaxın gələcək üçün planları sırasında mövcud sistemlərə daha 2-ni əlavə etmək də daxildir.

Hazırda, təcili pul köçürmələri xidməti bankın Bakı şəhərində yerləşən bütün filial və nümayəndəliklərində (cəmi 7 filial və 2 Express xidmət məntəqəsi) təqdim olunur.

Xəbər lenti

Xəbər lenti