Azərbaycan Beynəlxalq Bankı (ABB) və Rumıniyanın "EximBank"ı arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Trend in ABB-ın məlumatına istinadən xəbər verdiyi kimi, hər iki ölkənin maliyyə-bank institutları arasında əlaqələrin genişləndirilməsit ilə bağlı qərar ticari-iqtisadi və elmi-texniki əməkldaşlıq üzrə Azərbaycan-Rumıniya hökumətlərarası komissiyanın ikinci iclası çərçivəsində qəbul olunub. İclas oktyabrın 7-10-da Bakıda keçirilib.
Saziş həm Rumıniya, həm də Azərbaycanda məhsul və xidmətlərin ixracının sığortalanması və zəmanətli dəstəklənməsini, eləcə də hər iki ölkənin məhsulları və xidmətləri ilə təchizatı nəzərdə tutur.