...

2006-cı ildə Azərbaycanda sahibkarlığın inkişafına dövlət büdcəsindən 80 mln. manat ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2006 16:29 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda sahibkarlığın inkişafına dövlət büdcəsindən ötən illə müqayisədə 2 dəfə çox - 80 mln. manat (bundan 6 mln. manat Naxçıvan MR-də sahibkarlığın inkişafına yönəldilib) ayrılıb. Bu barədə Trend Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin press-relizinə istinadən xəbər verir.

Milli sahibkarlığa yardım fonduna (MSYF) güzəştli kreditlər formasında verilmiş vəsaitlər Müsabiqə komissiyasının seçdiyi 31 səlahiyyətli kredit təşkilatları tərəfindən sahibkarlara çatdırılır. Bu, 25 kommersiya bankı, 1 qeyri-bank kredit təşkilatı, 5 kredit ittifaqıdır.

1 oktyabr 2006 -ci ilə olan vəziyyətə görə MSYF vasitəsilə investisiya layihələrinin maliyyələşdirilməsi üçün respublikanın 57 şəhər və rayonlarında 1391 sahibkara 74,8 mln. manat məbləğində güzəştli kredit ayrılıb.

Güzəştli kreditlər sənaye məhsulunun istehsalı, kənd təsərrüfatı mallarının istehsalı və emalı, turizm infrastrukturunun, xidmət sahələrinin inkişafı və s. üçün ayrılıb.

Maliyyələşdirilmiş layihələrin 85%-dən çoxu bölgələrin payına düşür və onların 87%-i istesal və emal sahəsini əhatə edib.

Bu il maliyyələşdirilmiş layihələr hesabına 14 mindən artıq yeni iş yerlərinin açılacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti