...

Azərbaycanın 10 kənd təsərrüfatı istehsalçısı Parisdə SIAL sərgisində iştirak edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2006 15:27 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti oktyabrın 22-26-da Parisdə keçiriləcək "SIAL-2006" beynəlxalq qida sənaye sərgisində iştirak edəcək. Trend AZPROMO-nun məlumatına istinadən xəbər verir ki, sərgidə 10 yerli şirkət - Sirab, SAF, Bismak, Tovuz-Baltiya, Xəzər- balıq və başqaları iştirak edəcək. Onların iştirakı AZPROMO, Alman Texniki Əməkdaşlıq Cəmiyyəti və İqtisadi İnkişaf Nazirliyinin texniki yardımı ilə təşkil olunub. Məlumatda qeyd olunub ki, bu səfər Azərbaycan məhsulunun Avropa bazarına çıxarılması perspektivlərini qiymətləndirməyə, yeni əlaqələr qurmağa imkan verir.

Həmçinin Azərbaycanın iş adamlarının Meyvə Şirələri İstehsalçılarının Beynəlxalq Federasiyasının (IFU) rəhbərliyi ilə görüşəcəyi ehtimal olunur. "Azərbaycanın təbii meyvə şirələri istehsalçıları artıq dünya bazarında öz yerlərini tuturlar, lakin hələ ki istənilən qədər tanınmayıblar. IFU ilə əməkdaşlıq bu çatışmazlığı aradan qaldıracaq və yerli istehsalçılara beynəlxalq keyfiyyət standartlarının formalaşmasında iştirak etməyə imkan verəcək", - deyə AZPROMO-nun prezidenti cənab Emil Məcidov bildirib.

SIAL ən iri qida sənaye sərgilərindən biri sayılır. Bu ilki sərgidə dünyanın 99 ölkəsindən 5 mindən artıq iştirakçı 93 milli və regional pavilyonlarda təmsil olunacaqlar.

Xəbər lenti

Xəbər lenti