...

Bakı üzrə kassa aparatlarından istifadə üzrə pozuntuların həcmi 3,1 mln. ABŞ dollarına çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2006 19:08 (UTC +04:00)

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində Bakıda 130 835 obyektində vergi reydləri keçirib.

Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, oktyabrın 25-nə olan məlumata görə, 30543 obyektdə qanunvericiliyin pozulması faktı aşkar edilib. Nəticədə bu obyektlərə 2 756,611 min manat məbləğində inzibati cərimə kəsilib.

İyulun 24-dən etibarən, paytaxtda nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsinə, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılma qaydalarına riayət edilməsinə nəzarət üzrə vergi reydləri keçirilir.

Xəbər lenti

Xəbər lenti