...

Bank of Baku Sumqayıt şəhərində yeni filialının açılış mərasimini keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2006 17:00 (UTC +04:00)

Noyabrın 9-da "Bank of Baku" ASC-nin yeni Sumqayıt filialının rəsmi açılışı olub. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Iaqif Əliyev və Sumqayıt şəhərində fəaliyyət göstərən bir sıra şirkət və müəssisə rəhbərləri iştirak edib. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Görüşdə Sumqayıt şəhərinin dinamik inkişafı, Bank of Baku-nun Sumqayıtdakı fəaliyyəti, eləcə də hər iki tərəfin gələcək perspektivləri haqqında danışılıb.

6 mkr. Z.Hacıyev 20A (H.Əliyev adına Milli Parkın yanında) ünvanında yerləşən və strateji baxımdan böyük əhəmiyyət kəsb edən yeni Sumqayıt filialında müştərilərə müasir bank standartlarına cavab verən bütün bank xidmətləri göstəriləcək. Yeni filialın açılmasının məqsədi bank xidmətlərinin effektivliyinin artırılması, müştəri bazasının genişləndirilməsi, ən əsası isə Sumqayıt şəhərində yaşayan müştərilərin rahatlığını təmin etməkdir.

2006-cı ilin sonunadək bankın bölgələrdə inkişaf strategiyası çərçivəsində daha bir filialın açılması planlaşdırılır. Qeyd etmək lazımdır ki, hazırda Bank of Baku-nun 9 filialı (Sumqayıt filialı daxil olmaqla) ilə yanaşı, 2 "Bank of Baku-Express" xidmət məntəqələri və 1 şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, 2006-cı il noyabr ayının 1-nə Bankın ümumi kapitalı 12,69 mln. manat, ödənilmiş nizamnamə fondu isə 6,80 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti