...

Çin avtomobil ixracını genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2006 11:26 (UTC +04:00)

Çin avtomobil ixracını genişləndirmək niyyətindədir. Sinxua agentliyinin məlumatına görə, bu barədə ÇXR Dövlət Şurası baş nazirinin müavini Tszen Peyyan dünən axşam paytaxtda açılan "Pekin-2006" avtomobil sərgisində bəyan edib.

Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə, Çin ilk növbədə öz istehsalı olan modellərin ixracını genişləndirməlidir.

"Çinin avtomobil şirkətləri müasir texnologiya cəlb etməli, idarəetmə təcrübəsi toplamalı, tədqiqat potensialını artırmalı və bunun əsasında özünün avtomobil markalarını yaratmalıdır", - deyə Tszen Peyyan qeyd edib.

Sərgi təşkilatçıları RİA Novosti agentliyinə bildirib ki, sərgiyə çıxarılmış 572 avtomobil modelinin təxminən 1/3 hissəsi Çin istehsalıdır.

Hazırda Çin dünyada 3-cü ən iri avtomobil istehsalçısı və 2-ci ən iri avtomobil bazarıdır.

Çində avtomobil satışlarının 1/4 hissəsi şəxsi istehsalın payına düşür. Bunlar nisbətən ucuz və sadə avtomobillərdir.

Xəbər lenti

Xəbər lenti