Bakı üzrə kassa aparatlarından istifadədə aşkar olunan pozuntulara 251 fakt əlavə olunub
Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə geniş miqyaslı tədbirlər çərçivəsində Bakının 148 885 obyektində vergi reydləri aparıb. Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, noyabrın 23-nə olan məlumata görə, qanunvericiliyin pozulması halları 34938 obyektdə aşkar olunub. Nəticədə bu obyektlərə 3153,216 min manat məbləğində cərimə kəsilib.
24 iyuldan etibarən paytaxtda nəzarət-kassa aparatlarından istifadə və alıcılara çeklərin verilməsinə, yəni əhali ilə nağd pul hesablamalarının həyata keçirilməsi qaydalarına riayət olunmasına nəzarət üzrə vergi reydləri keçirilir.