...

Beyləqanda ağır nəqliyyat hadisəsi baş verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2006 17:49 (UTC +04:00)

Beyləqan - İmişli yolunun 15 km-də ağır nəqliyyat hadisəsi baş verib. Trend in bölgə müxbiri xəbər verir ki, 05 BD 178 serialı, 2106 markalı, 1951-ci il təvəlüdlü Balakişiyev Murtuz Əyyub oğlunun idarə etdiyi avtomobil ilə 03 BS 972 serialı, 2101 markalı, 35 yaşlı Qarayev Azər Vasif oğlunun idarə etdiyi avtomobil ilə toqquşub. Nəticədə 2101 markalı avtomobilin sürücüsü Qarayev Azər, onun idarə etdiyi avtomobildə sərnişin qismində olan 1951-ci il təvəlüdlü Qarayeva İranədəyim Məmmədəli qızı və 23 yaşlı Səfərova Sevinc Vasif qızı xəsarət alıb. Yaralıların vəziyyəti orta-ağırdır. Hadisənin nə səbəbdən baş verməsi dəqiq bilinmir.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti