...

Azərbaycanın Əmək Nazirliyi Bakıda yarmarka keçirməyə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2006 16:34 (UTC +04:00)

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda yarmarka keçirməyə hazırlaşır. Nazirlikdən Trend ə verilən məlumata görə, yarmarka 6-7 dekabrda saat 10.00-dan 17.00-dək Əl Oyunları Sarayında keçiriləcək.

Tədbir "Məşğulluğun təmin olunması dövlət siyasətidir" şüarı altında məşğulluq xidmət orqapnlarının yaradılmasının 15 illiyi ərəfəsində keçiriləcək.

Yarmarkada iştirak etmək istəyənlər özləri ilə şəxsiyyət vəsiqəsi, əmək kitabçası və ixtisası təsdiqləyən sənəd götürməlidir.

Sonuncu dəfə nazirlik analoji tədbiri oktyabrın 6-da Gəncədə keçirib. Bu zaman 397 nəfər işlə təmin olunub.

İndiyədək nazirlik tərəfindən ölkənin müxtəlif bölgələrində, o cümlədən Naxçıvan MR-də 54 əmək yarmarkası keçirilib. Bu yarmarkalarda 4905 nəfər işlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti