...

Londonda Azərbaycanın maliyyə sektoru imkanlarının təqdimatı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2006 16:41 (UTC +04:00)

Dekabrın 5-də Londonda Azərbaycanın maliyyə sektoru imkanlarının təqdimatı keçiriləcək. AZPROMO-a əsəaslanaraq Trend in verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçiriləcək tədbirin təşkilatçısı AZPROMO-dur. Təqdimatın təşəbbüskarı Azərbaycanın Böyük Britaniyadakı səfirliyidir. Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Bankının baş direktoru Rüfət Aslanlı, Azərbaycan İnvestisiya Şirkətinin başçısı Anar Axundov, AZPROMO-un prezidenti Emil Məcidov, Azəriqazbank, Standard Bank, Beynəlxalq Bankın London ofisinin nümayəndələri və b. olacaq. Təqdimatda 50-dən artıq beynəlxalq maliyyə şirkəti nümayəndələrinin iştirakı gözlənilir.

"Tədbirin məqsədi beynəlxalq maliyyə strukturlarının Azərbaycanın maliyyə sektoruna maraqlarının artırılmasıdır" - deyə AZPROMO-un Nəzarət Şurasının sədri Çingiz Əsədullayev vurğulayıb. Onun sözlərinə görə, son illər maliyyə sektoru iqtisadiyyatın əksər sahələri kimi dinamik inkişaf prosesi yaşayır. Londonda keçiriləcək təqdimat dünyanın aparıcı maliyyə strukturlarına bu nailiyyətlərlə tanış olmaq imkanı yaradacaq.

"Tədbir dünyanın maliyyə mərkəzlərindən birində, London Sitidə mərkəzləşən böyük maliyyə şirkətlərinə özünəmüxsus bir təklif xarakteri daşıyır" - deyə AZPROMO-un prezidenti Emil Məcidov bildirib.

Xəbər lenti

Xəbər lenti