...

Xarici investisiya şirkətləri layihələrdə AİŞ-lə birgə iştirakda maraqlıdırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 15:07 (UTC +04:00)

J.P.Morgan, BCP Securities, Bear Stearns, Greylock Capital Management və digər aparıcı investisiya şirkətləri Azərbaycan investisiya şirkəti (AİŞ) ilə layihələrdə birgə maliyyələşdirməyə maraq göstərirlər.

Trend AİŞ-in məlumatına istinadən xəbər verir ki, xarici investorlarla görüşlər investisiya şirkətinin icraçı direktoru Anar Axundovun ABŞ-a səfəri çərçivəsində həyata keçirilib.

Səfərin başlıca məqsədi - Azərbaycan iqtisadiyyatının artım potensialı və ölkənin əlverişli investisiya mühiti haqqında məlumat vermək, eləcə də ölkənin qeyri-neft sektoruna sərmayə cəlb etmək üçün investorlar şəbəkəsinin inkişaf etdirilməsidir.

İnvestorlarla görüş zamanı A.Axundov xarici sahibkarlara ümumi iqtisadi vəziyyət, makroiqtisadi siyasət haqqında məlumat verib, nümun olaraq qeyri-neft sektoruna investisiyaların təşviqi üçün AİŞ-in yaradılmasını göstərərək, hökümətin orta və kiçik sahibkarlığın inkişafına göstərdiyi dəstəklə tanış edib.

Həmçinin AİŞ fəaliyyətinin əsasları, sərmayə qoyuluşlarının istiqamətləri və onların məqsədləri, xarici investorlarla birgə sərmayələrin həyata keçirilmə mexanizmləri geniş təqdim edilib.

AİŞ başçısı həmçinin Azərbaycanın investisiya imkanları, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi haqqında diskusiyalar keçirib. İnvestorlarla onlara AİŞ-lə həmmaliyyələşdirmə imkanları haqqında məlumatın daimi əsasda verilməsi və ona investor şəbəkəsinin genişləndirilməsində dəstəyin göstərilməsi haqqında razılıq əldə olunub.

A.Axundov həmçinin Azərbaycanda ixracın və investisiyaların təşfiqi fondunun (AZPROMO) Londonda təşkil etdiyi Azərbaycanda investisiya imkanlarına və maliyyə sektorunun perspektivlərinə həsr olunmuş konfransda da iştirak edib.

Xəbər lenti

Xəbər lenti