...

Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 6 mln. USD məbləğində növbəti müqavilə imzaladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2006 11:42 (UTC +04:00)

"Bank Respublika"dan alınan məlumata istinadən Trend xəbər verir ki, 13 dekabr 2006-cı il tarixində "Bank Respublika" və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 6 mln. ABŞ dolları həcmində "Bank Respublika" üçün növbəti kredit xəttinin ayrılması barədə müqavilə imzalayıb.

Bu kredit xətti çərçivəsində vəsaitlər müştərək maliyyələşdirmə proqramı üzrə ayrılır. Iəsait kiçik və orta biznes sahəsində layihələr üzrə kreditlərin verilməsi üçün istifadə ediləcək.

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 2004-cü ildən əməkdaşlıq edir. İmzalanmış sazişlər nəticəsində AYİB tərəfindən "Bank Respublika" üçün ayrılmış kredit xətlərinin həcmi 18,7 mln. ABŞ dollarına çatıb.

"Bank Respublika" həmçinin Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti, Alman-Azərbaycan Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı, DEG İnvestisiya Şirkəti, Bankgesellschaft Berlin, Raiffeisen, Commerzbank, Sahibkarlığa Yardım Milli Fondu, Azərbaycan İpoteka Fondu və digər maliyyə təşkilatları ilə əməkdaşlıq edir.

Müxtəlif maliyyə institutları tərəfindən "Bank Respublika" üçün ayrılmış kredit xətlərinin ümumi həcmi 70 mln. ABŞ dollarını keçib. Bu isə müştərilərə daha sərfəli şərtlərlə uzunmüddətli biznes kreditləri və ticarətin maliyyələşdirilməsi üzrə xidmətlər təklif etmək üçün Bankın imkanlarını artırıb.

Xəbər lenti

Xəbər lenti