...

Azərbaycan Milli Sahibkarlıq Fondu qaytarılmış kreditlər hesabına maliyyələşdirməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2006 16:28 (UTC +04:00)

Bü günə qədər Milli Sahibkarlığın dəstəklənməsi Fondu (MSDF) tərəfindən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi üçün 85,7 mln. manat məbləğində güzəştli kredit verilib.

Trend İqtisadi İnkişaf Nazirliyinin press-relizinə istinadən xəbər verir ki, kredit ehtiyatları müsabiqə komissiyası tərəfindən seçilmiş 33 səlahiyyətli kredit təşkilatı (27 bank, bir qeyri-bank kredit təşkilatı və beş kredit ittifaqı) vasitəsilə paylaşdırılır. Kreditlərin ümumi məbləğindən 11,7 mln. manat əvvəllər verilmiş borcların ödənilməsi hesabına təqdim olunub.

Milli fonddan ayrılmış kreditləri 57 şəhər və rayonlarda 1592 sahibkarlıq subyektləri alıb. Maliyyələşdirilmiş layihələrin 85%-dən çoxu bölgələrin payına düşür və onların 87%-i istehsalat və emal sahəsini əhatə edib. Güzəştli kreditlər sənaye məhsullarının istehsalı, kənd təsərrüfatı mallarının istehsalı və emalı, turizm infrastrukturunun, xidmət sahələrinin və b. inkişafı üçün verilib. Bu il maliyyələşdirilən layihələr hesabına 16 mindən artıq yeni iş yerləri açılıb.

2006-cı il dövlət büdcəsindən MSDF-a 74 mln. manat ayrılıb, 6 mln. manat isə NMR-dən olan sahibkarların maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bu il sahibkarlığın inkişafı üçün ayrılmış büdcə vəsaitlərinin həcmi ötən ilki həcmdən iki dəfə (80 mln. manat) çoxdur.

Xəbər lenti

Xəbər lenti