...

"Rabitəbank" istrəqazlarının yerləşdirilmə tarixi müəyyən edilb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2006 14:03 (UTC +04:00)

2006-cı il dekabrın 27-dən etibarən "Rabitəbank" Səhmdar Kommersiya Bankının faizli sənədsiz təminolunmamış istiriqazlarının yerləşdirilməsi başlanır. Bakı Fond Birjasının məlumatına istinadən Trend bildirir ki, emissiyanın həcmi 2 mln.AZN təşkil edir.

Bir istriqazın nominal dəyəri 200 AZN məbləğində qiymətləndirilib. İstriqazlar üzrə gəlir 14 faiz təşkil edir, dövriyyə müddəti - 720 gündür.

Emissiya prospektinə uyğun olaraq yerləşdirmə Bakı Fond Birjasında açıq yazılma metodu ilə həyata keçiriləcək. İstiriqazların yerləşdirilməsinin anderrayteri rolunda "Azerigasbank" səhmdar investisiya bankı çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti