...

Azərbaycan Milli bankı ölkənin 2007-ci il üçün iqtisadi artım proqnozlarını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 15:55 (UTC +04:00)

Azərbaycan Milli Bankı 2007-ci il üçün elan edilmiş əsasən pul siyasəti istiqamətində gələn ilin makroiqtisadi və xəzinə çərçivəsini müəyyən edib.

Trend in AMB-yə istinadən verdiyi xəbərə görə, 2007-ci il üçün iqtisadi artım 26% səviyyəsində gözlənilir, bununla belə,qeyri neft sektorunda 9% artım olacaq.

2006-cı ildə olduğu kimi, birgə istehlakın sürətlə genişlənməsi proqnozlaşdırılır, amma məhz daxili investisiyaların artımı 33% səviyyəsində planlaşdırılıb, əhalinin gəliri 25%, aylıq məvacibi 25% proqnozlaşdırılıb. Bu prosesdə ən əsas dövlət büdcəsi iştirak edəcək. Dövlət büdcəsinin xərcləri 42% artacaq, sərbəst büdcədə qeyri-neft defisiti qeyri-neft ÜDM-ə nisbətdə 2006-cı ildəki 33% dən 2007-ci ildə 37%-dək artacaq.

Nefti ixracının artması ilə əlaqədar olaraq cari hesabın profisiti ödəmə balansında 2,3 dəfədən 9 mlrd dollaradək artacaq.

Proqnozlaşdırılan makro-xəzinə çərçivəsi pul kütləsinə tələbin 50-60% artmasına gətirib çıxaracaq.

Beynəlxalq Təşkilatlar və analitik mərkəzlər qlobal iqtisadiyyatın sabitliyinə təsir edə biləcək risk faktorlarını proqnozlaşdırır. Dünya iqtisadiyyatına inteqrasiya şəraitində istehlak bazarı milli iqtisadiyyata, həm də pul-kredit sahəsinə aşağıdakı qlobal risk-faktorları təsir edə bilər:

-neftin qiymətlərinin və dünya iqtisadiyyatında aparıcı rol oynayan əsas valyuta kursunun dəyişməsi;

-xərc inflyasiyası, enerjidaşıyıcılarının qiymətlərinin qalxması ilə inkişaf etmiş ölkələrdə iqtisadi tsiklin qeyri-sabit dinamikası;

-dünyanın aparıcı ölkələrində daşınmaz əmlak bazarının qeyri-stabilliyi.

Xəbər lenti

Xəbər lenti