...

Azərbaycan investisiya şirkəti və QTİB həmmaliyyələşdirmə haqqında rəsmi saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2006 12:05 (UTC +04:00)

2007-ci ilin yanvar ayında Azərbaycan investisiya şirkəti SC (AİŞ) Qara dəniz ticarət və inkişaf bankı (QTİB) ilə saziş imzalamağı planlaşdırır. AİŞ-in icraçı direktoru Anar Axundovun Trend ə verdiyi xəbərə görə, Qara dəniz bankı ilə layihələrin birgə maliyyələşdirilməsi haqqında razılıq əldə olunub.

İlk dəfə investisiya şirkəti həmmaliyyələşdirmənin analoji sxemindən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə layihələrdə iştirak zamanı istifadə edir. O cümlədən, onların süd məhsulları istehsalçısı Milk PRO və sement məhsulu istehsalçısı Qaradağ Sementin layihələrində birgə iştirakı nəzərdə tutulub. Hər iki şirkətdə AYİB səhmdar qismində çıxış edir və AİŞ 20-25% həddində səhm paketi almağı planlaşdırır.

AİŞ Azərbaycan prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılıb. Nizamnamə kapitalı 90 mln. manat təşkil edir. AİŞ-in iştirakının maksimal limiti onun kapitalından bir layihəyə 20% həcmində müəyyən olunub. Hazırda bu limit 18 mln. manat təşkil edir, lakin AİŞ kapitalının artması ilə bağlı dəyişəcək.

AİŞ kapitalından hər hansı sahəyə 35%-ə qədər (31,5 mln. manat) sərmayə qoyula bilər. Lakin bununla yanaşı, bu bənd üzrə Müşahidə Şurasının xüsusi qərarı ilə istisna oluna bilər və ona görə də 35% oriyentir hesab olunur, təklif olunan layihələr əhəmiyyətli və səmərəli olarsa, bu limitdən kənara çıxmaq imkanı var.

Xəbər lenti

Xəbər lenti