...

Azərbaycan gəmisi Yeysk limanında əzilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2007 16:29 (UTC +04:00)
Azərbaycan gəmisi Yeysk limanında əzilib

Yeysk limanında (Krasnodar vilayəti) gəmini bağlayan zaman "Teymur Əhmədov" teploxodu forşteven ilə "Samur-4" teploxodunun arxa tərəfinə dəyib. Trend Maritime Bulletin-ə istinadən xəbər verir ki, "Samur-4" su xəttindən yuxarıda arxa tərəfdən 250x250x70 sm ölçüsündə əzilib.

"Samur-4" teploxodu metalın yüklənməsi başa çatdıqdan sonra 6 saylı yanalma körpüsünə bağlı şəkildə dayanıb və yük sənədləri qeydiyyatdan keçirilirdi. "Teymur Əhmədov" teploxodu yedəklərin müşayiəti ilə losmanla birgə 7 saylı yanalma körpüsünə bağlanmaq üçün hərəkət edirdi. Zərər çəkən və çirklənmə yoxdur.

"Teymur Əhmədov"un tonnajı 3048 tondur, quru mal daşıyan gəmidir, 1988-ci ildə inşa olunub, sahibi Xəzər dəniz gəmiçiliyidir, Azərbaycanın bayrağı altında üzür. "Samur-4" teploxodunun tonnajı 1846 tondur, 1987-ci ildə inşa edilib, sahibi Maritime Co. Ltd şirkətidir, Maltanın bayrağı altında üzür.

Xəbər lenti

Xəbər lenti